Tərtərdə avtoşluğa görə dava düşdü, sərnişin döyüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər rayonunda avtoxuliqanlığa görə dava düşüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Tərtər şəhəri, Heydər Əliyev küçəsində baş verib.
Rayon ərazisindən keçən yolda bir "Mercedes-Benz" markalı avtomobil qaydaları pozaraq digər "Mercedes-Benz" markalı avtomobili ötüb.
Geridə qalan avtomobilin içərisində olan sərnişinlər buna etiraz edərək qayda pozan sürücünü saxlatdırıb, ona iradlarını bildiriblər. Həmin vaxt qayda pozan "Mercedes"dəki sərnişin Taqət Namazov avtomobildən düşərək, "Yaxşı edirik, biz belə sürürük", - deyə onlara irad tutan sürücü ilə mübahisə edib.
Hadisə zamanı geridə qalan avtomobildə olan sərnişin Yusif Məmmədov (soyadı şərtidir) maşından düşərək Taqətə hücum edib. O, yaxınlıqda dayanmış evakuatorun yük yerində olan taxta parçasını götürüb, həmin taxta ilə Taqətə baş və bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirib.
Hadisə nəticəsində xəsarətlər alan Taqət ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, Y.Məmmədov saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan edilib. Məhkəmənin hökmü ilə Y.Məmmədov üç il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasını şərti hesab edib.
Oxşar xəbərlər
Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir
Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu, dələduzluqda ittiham olunan Sultan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. BAKU.WS Oxu....