Tərtərdə avtomobil yolunda hərəkəti məhdudlaşdıran şəxs məsuliyyətə cəlb edilib

Tərtər rayonu ərazisində avtomobil yoluna günəbaxan tumlarının səpilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Bayandurlu kəndi ərazisindən keçən avtomobil yoluna günabaxan tumları səpərək hərəkəti məhdudlaşdıran şəxsin rayon sakini, 1975-ci il təvəllüdlü Ayaz Məmmədov olması müəyyən edilib.
Görülmüş tədbirlərlə A.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
DİN bir daha vətəndaşlara müraciət edərək bildirib ki, yolların təmiz saxlanılması, hərəkətin təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir. Yolun hərəkət hissəsinə müxtəlif əşyaların, o cümlədən məişət və kənd təsərrüfatı məhsullarının yığılması qəza təhlükəsi yaradır və qanunla qadağandır.
Qalereya
Oxşar xəbərlər
Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub
Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-in Mətbuat...
