Tərtər sakini bıçaqlanıb, həmkəndlisi saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər sakini bıçaqlanıb, həmkəndlisi saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 27-də saat 13 radələrində Tərtər rayonunun Səhləbad kəndində kənd sakini S.Camalov münaqişə zəminində həmkəndlisi Azər Əhmədova bıçaqla xəsarət yetirib.
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə əməli törətməkdə şübhəli bilinən S.Camalov saxlanılıb. S.Camalovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Sabiq MTN zabiti kürəkənini güllələdi - Bakıdakı qətlin ŞOK TƏFƏRRÜATLARI - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2020-ci ilin dekabrın 12-də Bakının Mərdəkan qəsəbəsindəki bağ evlərinin birində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat d...