“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxundu

“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə hökm oxundu
Hadisə 54

İyunun 4-də Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub, Maşıyev sənan 4 il 10 ay, Cabir qəhrəmanov isə 6 il 8 ay müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Prokuror çıxış edərək məhkəmədən Ruslan Mikayılov və Sənan Maşıyevin 9 il 10 ay, Cabir Qəhrəmanovun 8 il 5 ay, Elçin Əliyevin isə 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər