Terrorçuluğu maliyyələşdirməkdə təqsirli bilinən şəxslərə AĞIR CƏZA
Suriyada terror fəaliyyətlərinin maliyyələşdirilməsində ittiham olunan Elnur Rəfiyev və Əbdülsaməd Atayev barəsindəki məhkəmə araşdırması yekunlaşıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan cinayət işi üzrə proses artıq sona çatıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi altında baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin qərarına uyğun olaraq, Elnur Rəfiyev və Əbdülsaməd Atayevin hər biri 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Hökmə əsasən, məhkumların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulub.
Xatırladaq ki, adıçəkilən şəxslər DTX tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri zamanı saxlanılıblar. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi üzrə yekun ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Evlərdən 8 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Sabunçu rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. BAKU.WS-in məlumatına görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda evlərdən 8 min manat dəyərində elektrik...