Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələr qaçmağa cəhd edib? - AÇIQLAMA

Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələr qaçmağa cəhd edib? - AÇIQLAMA
Hadisə 61

Penitensiar Xidmət Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrin qaçmağa cəhd etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi KİV-də yayılan bu məlumatlar həqiqəti əks etdirmir:

"Bu məlumatlar tamamilə cəfəngiyyatdır. Nəinki tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə bir hal olmayıb".

Qeyd edək ki, bəzi saytlarda, əsasən Türkiyə mediasında Tərbiyə Müəssisəsindən 10-a yaxın məhkumun qaçmağa cəhd etdiyi ilə bağlı xəbərlər yayımlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər