Təqaüd düzəltmək adı altında dələduzluq edən şəxs həbs edildi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, o, zərərçəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb. Dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.


Oxşar xəbərlər
Gülsüm Əliyeva həkim deyilmiş: Qanunsuz əməliyyat etdiyi klinika isə...
Sosial şəbəkələrdə "Gül Əliyeva" kimi tanınan Gülsüm Əliyeva Gəncədə fəaliyyət göstərən "VMR Estetik Klinikası"nda liposaksiya əməliyyatı aparıb. Həmin əməliyya...