Tenderlərdə qalib gələrək leqallaşdırmada təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub

Dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib gələrək əldə olunan pulları leqallaşdırmaqda təqsirləndirilən 35 şirkətin rəhbəri Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fəqani Rəhimova 3 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.
Qeyd edək ki, o, külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur.
Onun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. İbtidai istintaqın sonunda onun barəsində həbs qətimkan tədbiri seçilib. F. Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. O, həmin vəsaitin 62 min 400 manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırmaqda ittiham olunub.
Oxşar xəbərlər
Bakıda 27 yaşlı kişi faciəli şəkildə öldü
Bakıda 27 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Avqustun 18-də s...
