Təmir işləri zamanı XƏTT ZƏDƏLƏNDİ - 11 min abonent qazsız qaldı
24
apr
2026
14:32
Lənkəran şəhəri ərazisində ümumilikdə 11 000-ə yaxın abonentin təbii qaz təchizatı 24.04.2026-cı il tarixində saat 11:30-dan etibarən müvəqqəti olaraq dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Lənkəran şəhəri, Həzi Aslanov küçəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən aparılan qazıntı işləri zamanı şəhəri təbii qazla təchiz edən polietilen qaz xəttinə ziyan vurulmasıdır.
Oxşar xəbərlər
Qətlə cəhd, sərhəd pozuntusu, narkotacirlik: Ağır ittihamlarla məhkəməyə göndərildilər
Xüsusilə ağır cinayətlərlə bağlı daha iki cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib. BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq...