"Telefonundakı şəkil kimindir?" sualını cavabsız qoyan qadın qətlə yetirildi
Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən paytaxt sakini Bəxtiyar Vəliyevin cinayət işinin məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
İbtidai istintaq zamanı müəyyən olunub ki, Bəxtiyar Vəliyev paytaxtdakı gözəllik salonlarından birində çalışan həyat yoldaşı Xumar Həsənlinin mobil telefonuna ondan xəbərsiz baxarkən tanımadığı kişinin fotosunu görüb.
O əvvəlcədən bu barədə həyat yoldaşına bildirmədən marketdən bıçaq alaraq onu öldürmək qərarına gəlib.
Avqustun 17-də arvadının Sabunçu rayonu ərazisində çalışdığı gözəllik salonuna gələrək, işin sonunda onunla birlikdə qayıdarkən telefonundakı fotonun kimə məxsus olduğunu soruşub.
Qadın isə suala cavab vermədən ərinin yanından qaçaraq uzaqlaşmağa cəhd edib. Bəxtiyar Vəliyev ona macal vermədən bir neçə dəfə bıçaqla zərbə endirərək qətlə yetirib.
Bəxtiyar Vəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (ümumi təhlükəli xüsusi amansızlıqla qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Bakıda yol-nəqliyyat hadisəsi olub, işıqfor yararsız vəziyyətə düşüb
Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Mətbuat xidmətindən bildiri...