Tələbənin yediyi çörəyin içindən metal cism çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
İçərisində iti metal cism olan çörəyi yeyən tələbə xəstəxanaya yerləşdirilib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, İndoneziyada bir tələbə sinif yoldaşlarının günahı ucbatından içərisində metal cism olan çörək yedi
Mətbuatda yayılan məlumata görə, xəstəxanaya yerləşdirilən tələbənin vəziyyəti o qədər pis olub ki, o, yalnız əlil arabasında hərəkət edə bilib. Xəstə həkimlərə iti metal cismli bir tikə çörək yediyini deyib. Zərərçəkmişin dediyinə görə, onu bunu etməyə sinifyoldaşları məcbur edib.
Tələbəyə lazımi köməklik göstərən həkim Elianda Fitria əlavə edib ki, yad cismin iti kənarı boğazın arxa hissəsində tutduğundan onu çıxarmaq çətin olub. Həkim də xəstənin vəziyyətindən dərin narahat olduğunu bildirib, bu təcrübənin onun üçün nə qədər ağrılı olduğunu vurğulayıb.
Sosial şəbəkə istifadəçiləri də tələbəyə dəstək ifadə edərək, günahkarların cəzalandırılmasını tələb ediblər.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...