Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü
Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş.
Belə ki, "KamAZ" markalı yük maşınına çırpılan "BYD" markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş.
Bu dəfə isə Aynurun atası ilə anasının olduğu avtomobil Hacıqabul ərazisində yük avtomobilinə çırpılıb. Nəticədə onun 1979-cu il təvəllüdlü anası Svetlana Ocaqverdi qızı İbadova hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü həbs olundu
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb. BAKU.WS xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfi...