Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib

Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
Hadisə 210

Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda F.Hüseynli ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı da Fərid Hüseynlinin ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Fərid Firdövsü oğlu Hüseynli 2003-cü il təvəllüdlü həyat yoldaşı Leyla Əlişan qızı Hüseynliyə və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürüb. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adamöldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.

Son xəbərlər