Təhsil haqqını ödəyə bilməyən tələbə intihar etdi
11
okt
2022
17:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda intihar hadisəsi olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 18 yaşlı Miriyev Sabir Lütfiyar oğlu evdə özünü asaraq həyatına son qoyub.
Əldə etdiyimiz ilkin məlumata görə, Sabir Türkiyədəki universitetlərdən birində oxuyurmuş. O, təhsil haqqını ödəyə bilmədiyi və bilet almağa pul tapmadığı üçün canına qəsd edib.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.
İntiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Oxşar xəbərlər
Ata Abdullayev bu kriminal dəstənin üzvü olub – 100 min manatlıq qarət...
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri s...