Təcridxanaya kartofun içərisində telefon keçirməyə çalışan şəxs tutulub
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
Bildirilib ki, həbs olunmuş şəxs Ramil Mərdan oğlu Talıblıya qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd kartofun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
Sevgilisinin ifadəsi məhkəmədə həlledici oldu: Sürücüyə bəraət verildi
Bakıda piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxunub. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində 1979-cu il təvəllü...