Təcridxanalarda təhlükəsizlik gücləndirildi: Sovqatlardan gizli narkotiklər aşkarlanır

Təcridxanalarda təhlükəsizlik gücləndirildi: Sovqatlardan gizli narkotiklər aşkarlanır
Video
Hadisə 76

Məhbuslarla görüşə gələn hər bir ziyarətçi əvvəlcə ciddi yoxlamadan keçir. Çünki bəzən cəmi bir neçə dəqiqəlik görüşlər böyük risklər yarada bilir.

Baku TV penitensiar müəssisələrdə təhlükəsizlik tədbirləri ilə bağlı reportaj hazırlayıb.

Telefonlardan narkotik vasitələrədək müxtəlif qadağan olunmuş əşyaların təcridxanaya keçirilməsi cəhdləri bu gün də aktuallığını qoruyur. Ona görə də ilkin yoxlama xəttində nəzarət mexanizmi gücləndirilib. Məqsəd təhlükəni hələ ilk mərhələdə aşkarlamaqdır. Ən adi əşyaların, hətta qidaların içində belə gizlədilən narkotik vasitələrə rast gəlinir. Son bir ildə yalnız Bakı İstintaq Təcridxanasında onlarla belə fakt qeydə alınıb və qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları sovqatları rentgen cihazından keçirir, daha sonra isə əllə diqqətlə yoxlayırlar. Təcrübəli əməkdaşların diqqəti və peşəkar instinkti bəzən ən müasir texnologiyanı da qabaqlayır. Çünki qanunsuz əşyaları gizlətməyə çalışanların üsulları da hər dəfə dəyişir, yeni-yeni formalar ortaya çıxır.

Bəzi hallarda bu cəhdlər o qədər fərqli olur ki, xidmət əməkdaşlarının özləri də heyrətlənirlər. Hətta bu hallardan ibarət fotoşəkillər xüsusi guşədə nümayiş etdirilir. Məhbus üçün telefon və narkotik sadəcə şəxsi istifadə vasitəsi deyil. Onlar bəzən yeni cinayətlərin təşkili, şantaj və təhdid üçün də istifadə olunur. Buna görə də penitensiar sistemdə nəzarət qaydaları olduqca sərt tətbiq edilir. Təcridxanaya daxil olan avtomobillər belə xüsusi qaydada yoxlanılır.

Axtarış xəttindən başlayaraq görüş otağına qədər hər addımda nəzarət mexanizmi işə salınır. Çünki təhlükə bəzən ən yaxınının əlindən gələ bilər. Ona görə də penitensiar müəssisələrdə ayıqlıq həmişə ön plandadır. Qanun isə hər kəs üçün eynidir.

Ətraflı süjetdə:

Son xəbərlər