Təcili yardım maşınında qəzaya uğrayan həkim vəfat etdi

Təcili yardım maşınında qəzaya uğrayan həkim vəfat etdi
Foto Video
Hadisə 727

Avqustun 1-də saat 07:30 radələrində Hacıqabul rayon Nəvahi qəsəbəsi ərazisində təcili yardım maşınının iştirakı ilə baş verən yol qəzasında yaralanan həkim bu gün vəfat edib.

Vəfat edən şəxsin qohumlarının BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, qəza zamanı təcili yardım maşınında olan həkim 1965-ci il təvəllüdlü Əliağa Təhməz oğlu Quliyev bu gün dünyasını dəyişib.

Təcili yardım maşınında qəzaya uğrayan həkim vəfat etdi

Əliağa Quliyev 2020-ci ildə cəbhədə həkim işləyib. QIzğın döyüşlərdə yaralılara yardım edib və özü də həmin dövrdə ağır yaralanıb.

Xatırladaq ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Navahı kəndindən keçən hissəsində baş verib.

Təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər