TƏBİB-dən Dərnəgüldə baş verən yanğınla bağlı YENİ AÇIQLAMA

23
noy
2023
09:24
23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
TƏBİB-dən BAKU.WS-ə bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.
Oxşar xəbərlər
Bakıda inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-6 - VİDEO
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb ol...
