Təcili Tibbi yardım briqadası yaralını ölümə tərk edib (İDDİA) - VİDEO
27
mar
2018
15:41
Dünən paytaxtın Binəqədi rayonunun Mehdiabad qəsəbəsində 30-35 yaşlarında kimliyi bilinməyən bir kişini maşın vurub. Təcili tibbi yardımın gəlməyinə baxmayaraq xəstəyə müdaxilə edilməyib və xəstə təcili tibbi yardımın qarşısında 10 dəqiqəyə kimi can verib. Bu sözləri hadisə yerində olan şahid deyib. Şahid BAKU.WS-ə verdiyi açıqlamada bildirib ki: “Piyada keçidindən istifadə etməyən piyada yolu qarşı tərəfə keçmək istəyərkən maşın vurdu. Hadisə yerinə gələn təcili tibbi yardım xəstəyə müdaxilə etməyib gözlədi. Təcili tibi yardım maşınında gələnlər dedi ki, bizə icazə gəlməlidir ki, xəstəyə müdaxilə edək. Xəstə ölümcül vəziyyətdə olduğu üçün bizə icazə verilmir. Biz ona müdaxilə etmək üçün bizə icazə verilməlidir. Biz xəstəyə öz başına müdaxilə edə bilmərik, çünki xəstənin vəziyyətindən onun öləcəyi görünür. 10 dəqiqədən çox yerdə qalan xəstə hələ də ölməmişdi. Əgər tibbi yardım olunsaydı bəlkə də yaşama ehtimalı ola bilərdi”. Məsələ ilə bağlı əməkdaşımız, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə ilə əlaqə saxlayıb. “Təcili Tibbi yardım ora çatanda xəstə ilə yox, meyidlə qarşılaşıb”, bu sözləri Murad Mirzəzadə deyib. Onun sözlərinə görə: “Heç bir həkim xəstəni yerdə ölməyə qoymaz. Bunu həkim yox, heç bir insan etməz. Mən əlaqə saxlayıb hadisə ilə bağlı məsələni aydınlaşdırdım. O hadisədə avtoqəza nəticəsində dünyasını dəyişmiş 30-35 yaşlarında şəxs olub. Təcili tibbi yardım həkimi ora çatanda artıq həmin şəxsin dünyasını deyişdiyini təsdiqləyib. Və hadisə yerinə polisin, prokroturanın gəlməyin gözləyib”. Biz icazə gözləyirik sözlərinin nə məqsədlə işlədilməsin soruşduq da isə, Murad Mirzəzadə bu suala belə aydınlıq gətirib: “Həkimin orda demək istədiyi odur ki, heç bir təcili tibbi yardım maşınına icazə verilmir ki, meyidi hadisə yerindən götürsün. Meyidi yalnız müvafiq orqanlar polis vəya prokrotura işçilərinin icazəsi ilə ordan götürüb morqa apara bilərlər. Həkim orda həmən icazəni gözlədiyin deyib. O söz yalnış anlaşılıb”. Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Bakıda yaralanmış xəstəni aparan təcili tibbi yardım maşını qəza törətdi
Bakıda təcili tibbi yardım maşınının iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS-in trend-ə istinadən verdiyi məlumata görə, hadisə Rəşid Behbudov küç...