Tbilisidə gecə klubunda dəhşətli olay - 3 nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə "Basiani" gecə klubunda atışma olub.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, insident zamanı gənc qadının yaralandığı bildirilir.
Yayılan məlumatlara əsasən, silahlı insidenti kluba buraxılmayan naməlum şəxs törədib.
Atəş açan şəxs artıq müəyyən olunaraq saxlanılıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə, "Basiani" klubunda baş verən insidentlə bağlı məlumat yayıb.Hadisəni törədən şəxs "isti izlər"lə saxlanılıb.
Məlumata əsasən, həmin şəxs klubun girəcəyində atəş açaraq 3 nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralıların həyatı təhlükədə deyil.
Saxlanılan şəxsin üzərindən odlu silah, 6 bıçaq və 23 patron götürülüb. Onu 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oxşar xəbərlər
Azərbaycanlıdan rüşvət alan məmur saxlanılıb
Azərbaycan vətəndaşından rüşvət alan gürcü məmur saxlanıldı.Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə regi...