"Tavuşda əsgərlərə mövqelərini tərk etmək əmri verilib" - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
BAKU.WS xəbər verir ki, "Azərbaycan Göyçə gölünün suyundan istifadə edəcək" adlı süjetdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəklərini rəsmən elan etməsi əks olunub.
Qeyd olunur ki, Paşinyan "Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir" deməklə rəsmi Bakının tələbləri qarşısında geri çəkildiklərini göstərib. Müxalif deputatlar və ekspertlər isə bu addımı Ermənistan dövlətçiliyinə təhdid kimi qiymətləndirirlər. Süjetdə bildirilir ki, Azərbaycanın gündəmində sülh sazişindən əlavə, Zəngəzur dəhlizi və Qərbi Azərbaycana qayıdış məsələləri də var. Paşinyan hökuməti bu tələblərə hüquqi zəmin yaradır. Artıq Göyçə və Tavuşda Azərbaycanla sərhədyanı ərazilərin qaytarılması üçün hazırlıqlar gedir, orduya mövqeləri boşaltmaq və əraziləri minalardan təmizləmək tapşırılıb.
Sonda vurğulanır ki, erməni cəmiyyətinin reaksiyası qorxudan qaynaqlanır, çünki anlayırlar ki, bu torpaqlar əslində heç vaxt onlara məxsus olmayıb və Azərbaycan bu torpaqlara beynəlxalq hüquqa uyğun şəkildə qayıtmaq niyyətindədir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Oxşar xəbərlər
Rusiyalı məşhur bloqerin evində yanğın baş verib
Məşhur rusiyalı bloqer Ksenia Dukalis (əsl soyadı - Dukelskaya) evində yanğın baş verdiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı təfərrüatları o...