Tanınmış aparıcının oğlunun şirkəti qarət olundu – Bakıda

Tanınmış aparıcının oğlunun şirkəti qarət olundu – Bakıda
Hadisə 1844

 

Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu şirkət qarət olunub. 

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, hadisə iyulun 22-də, gecə saatlarında baş verib.

Oğrular Bakının Xətai rayonu ərazisində yerləşən TNT şirkətinin (Avropa şirkətidir) pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar.

Oğrular müşahidə kameralarının görüntülərinı toplayan cihazı aparmaq istəyiblər, lakin əvəzində onun yerinə ups deyilən stabilizatoru götürüblər.

Oğurluq faktı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi tərəfindən araşdırılır. 

TNT şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şaiq Qəribzadə Oxu.Az-a açıqlamasında qarətçilərin yalnız pul apardıqlarını bildirdi: "Mən indi xaricdəyəm. Polis araşdırma aparır. Mənə deyilənə görə, şirkətin əmlakına toxunmayıblar, maraqları yalnız pul olub”. 

BAKU.WS

Oxşar xəbərlər

Bir gecədə 3 mağaza soyulub - VİDEO

Bir gecədə 3 mağaza soyulub - VİDEO

Lənkəranda 1 gecənin içində 3 mağaza soylub. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hər üç hadisə ötən gecə rayonun Sütəmurdov kəndində qeydə alınıb. Gec...

1292 Hadisə 21:15 08 fevral 2017

Son xəbərlər