Maşın bazarında oğru kameraya düşdü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu, Babək prospektində yerləşən "maşın bazarı”nda yerləşən mağazaların birində oğurluq edilib. Hadisə nəticəsində sahibkara 300 manat dəyərində maddi zərər dəyib.
Bu barədə zərərçəkmiş özü "Bizim Yol”-a məlumat verib. Zərərçəkmiş sahibkar Elcan Musayev bildirir ki, 28.10.2016-ci il tarixində olan oğuluq faktı ilə bağlı polisə müraciət edib: "Oğurluq edən şəxsin əməlləri mağazanın müşahidə kamerasına düşüb. O satıcının başını qataraq avtomobil ehtiyyat hissələrini oğurlayıb. Həmin videogörüntünü polisə təqdim etdim”.
Zərərçəkmiş deyir ki, onun müraciəti Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsində araşdırılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qeyri-adi hadisə: metroda 10 min manatlıq oğurluq
Bakı Metropoliteninin "İçərişəhər" stansiyasının içərisində yerləşən kitab mağazasından oğurluq olub. "Report"un xəbərinə görə, mağazanın sahibi bununla bağlı...