Tanışını öldürən şəxsin CƏZASI BƏLLİ OLDU: Hər şey telefon zəngindən başlamışdı
![Tanışını öldürən şəxsin CƏZASI BƏLLİ OLDU: Hər şey telefon zəngindən başlamışdı](https://baku.ws/storage/photos/uploads/thumbs/large/1ch0EFU1TU3R4CUb3JxvM3NrgUBnEsjJLYHYpsBW.webp)
Bakının Qala qəsəbəsi ərazisindəki kafelərdən birində eyni masada oturduğu tanışını qətlə yetirməkdə təqsirləndirilən Akif Məcidovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənə hökm oxunaraq o, 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin iyunun 28-nə keçən gecə Xəzər rayonu, Qala qəsəbəsində yerləşən kafedə baş verib. 1984-cü il təvəllüdlü Zaur Nəmətovun qətli ilə bağlı polisə məlumat daxil olub.
İlkin araşdırmalar zamanı məlum olub ki, axşam saatlarında 1985-ci il təvəllüdlü Z.Nəmətov tanışı, 1995-ci il təvəllüdlü Akif Məcidov və digər dostları Qala qəsəbəsində yol kənarındakı çay evinə toplaşıblar. Bu zaman Z.Nəmətova bir neçə dəfə zəng gəlib və o, dostlarının yanında telefonla danışıb. Z.Nəmətovun telefonda uzun-uzadı danışmasına qıcıqlanan A.Məcidov ona irad bildirib. O, Zaura "Problemlərini başqa vaxt həll elə, bura çay içib, söhbət etməyə toplaşmışıq" deyib.
Z.Nəmətov özündən 11 yaş kiçik olan Akifin sözlərini qəbul etməyərək onunla mübahisə edib və bu zaman təhqiramiz sözlər işlədilib.
Dalaşan şəxsləri digər dostları sakitləşdirərək masa ətrafına əyləşdiriblər. Gecə saat 23 radələrində onlar çay evini tərk edərkən Zaurla Akif yenidən dalaşıb, bu zaman bir qədər kənarda olan dostları dərhal müdaxilə edə bilməyiblər. A.Məcidov tanışına bıçaqla ağır xəsarət yetirib.
Zaur Nəmətov aldığı xəsarətdən vəfat edib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Zeyvə kənd yolunda baş verib. Hazır...
![](/images/banners/placeholder_home_right_az.jpg)