Tanışını kafedə amansızca döyən şəxsə CƏZA VERİLDİ

Tanışını kafedə amansızca döyən şəxsə CƏZA VERİLDİ
Hadisə 148

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fəxrəddin Fərəcovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 10 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafenin zalında qeydə alınıb.

Belə ki, Fəxrəddin Fərəcov tanışı, zərərçəkmiş Vüsal Hacıyevlə (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin guya onu təhqir etməsi olub. Bu zaman o, Vüsalın sifət nahiyəsindən qəsdən yumruqla vuraraq ona xəsarətlər yetirib.

Hadisədən sonra Fəxrəddin Fərəcov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.

Oxşar xəbərlər

Yevlaxda ailə faciəsi - Ata ilə qızının meyiti tapıldı

Yevlaxda ailə faciəsi - Ata ilə qızının meyiti tapıldı

Yevlaxda evdən ata və qızının meyiti tapılıb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib.  Rayon sakini 1977-ci...

10 Hadisə 23:57 31 iyul 2025

Son xəbərlər