Tanışından hədə-qorxu ilə 169 min manat alan şəxs saxlanılıb
17
apr
2025
12:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Vətəndaşa hədə-qorxu edib pul tələb edən şəxs saxlanılıb.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, aprelin 15-də paytaxt sakini olan 45 yaşlı kişi polisə müraciət edərək bildirib ki, tanışlarından biri onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu yolla 169 100 manatını ələ keçirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 41 yaşlı G.Əfəndiyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....