Reanimasiyaya yerləşdirilən məşhur aparıcının son durumu AÇIQLANDI - YENİLƏNİB

Reanimasiyaya yerləşdirilən məşhur aparıcının son durumu AÇIQLANDI - YENİLƏNİB
Hadisə 637

“Pasiyent Onkologiya Mərkəzinə ağır vəziyyətdə gətirilib. Hazırda həkimlər tərəfindən müayinə edilir”.

Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli oxu.az-ın məşhur teleaparıcı Natavan Babayevanın durumu ilə əlaqədar sorğusuna cavab olaraq deyib.

O bildirib ki, N.Babayeva müalicəni Türkiyədə alırmış:

“Ağır vəziyyətdə müəssisəyə qəbul edilib. Həkimlərimiz əllərindən gələni edirlər. Pasiyent üçün nə lazımdırsa, hamısı ediləcək”.

***09.01

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib.

BAKU.WS gununsesi.info-ya istinadən xəbər verir ki, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.

Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.

Yaxınları onun müalicəsinə kömək üçün bir neçə gün əvvəl Heydər Əliyev Fonduna müraciət etmişdi.

Xatırladaq ki, Nətavan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər