Tanınmış qarmon ifaçısı 72 yaşında vəfat edib - FOTO

Tanınmış qarmon ifaçısı 72 yaşında vəfat edib - FOTO
Hadisə 35

Tanınmış qarmon ifaçısı Hüseyn Bakılı 72 yaşında dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında qeyd edib. O mərhumla fotolarını paylaşaraq onun vəfat etdiyini yazıb.

"Bu gün Azərbaycan qarmon ifaçılığında özünəməxsus xidmətləri olan Hüseyn Bakılı vəfat edib. Bakını o qədər sevirdi ki, ləqəbində də onun adını daşıyırdı. Qarmonu qədər ona sadiq olan dostu yox idi. Düz 50 il dostluq etdi onlar. Onu həmişə sağlam, gümrah görmüşdüm. Elə doğmaları da, yaxınları da onun heç bir xəstəliyi barədə eşitməmişdilər. Ruhun şad olsun, gözəl insan".

Son xəbərlər