Tanınmış jurnalistin ağır əməliyyatdan sonrakı vəziyyəti açıqlandı
Ötən gün beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından "Böyük Seva" kimi tanıdığı jurnalist Sevda Həsənovanın son vəziyyəti məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının məlumatına əsasən, Sevda Həsənova fevralın 2-də, saat 12:10-da onlara müraciət edib.
"Həkim müayinəsindən sonra zəruri tibbi xidmətlər göstərilən pasiyentə sağtərəfli akustik nevrinoma diaqnozu təyin edilib.
Onun üzərində fevralın 6-da sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı uğurla icra edilib.
Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, huşu aydın, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanır.
Xatırladaq ki, ötən gün yeddi saatdan çox davam edən əməliyyat zamanı S.Həsənovanın beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.
Oxşar xəbərlər
Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT
Şəmkirdə baş vermiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyin...