Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar

Bakıda bir qrup vətəndaş aldadılıb.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər.
Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdiyi həmin şirkət vətəndaşların külli miqdarda vəsaitini mənimsəyib.
Şikayətçilərin sözlərinə görə, şirkətin verdiyi vədlərə inanmalarında sosial şəbəkələrdəki tanınmış simaların təsiri böyük olub.
Zərərçəkənlərdən bəziləri pulu qeyri-rəsmi qaydada verdiklərini desələr də, aralarında notarial təsdiqlə ödəniş edənlər də var.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda "Bolt" sürücüsü qəza törətdi: Motosikletçi öldü
Bakıda dünən ölümcül yol qəzası baş verib. Hadisə Neftçilər prospektində qeydə alınıb. BAKU.WS-in məlumatına görə, Əlvan İsmayılovun idarə etdiyi "Honggi" marka...
