Tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış iş adamı, "Ultra Company" şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.
Qeyd edək ki, Məhəmməd Zülfüqarlı həm də informasiya texnologiyaları üzrə tanınmış mütəxəssis və təlimçidir.
Hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....