Taksi sürücüsündən QEYRİ-ETİK HƏRƏKƏT - 25 yaşlı xanım sərnişini...
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərində taksi sürücülərinin qeyri-etik hərəkətləri və qanunsuz fəaliyyətləri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, daha bir neqativ halla bağlı daxil olan müraciət üzrə “Hunday-Accent” markalı 77-CS-641 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, taksi sürücüsü 1994-cü il təvəllüdlü Məhəmməd Bəxtiyar oğlu Rzayev iyunun 11-də saat 03 radələrində 25 yaşlı xanımın hava limanı istiqamətinə sifariş qəbul etməklə digər ünvana hərəkəti dəyişdirməklə yolda ona qarşı qeyri-etik hərəkətlər edib.
Onun barəsində Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılmaqla həbs edilib.
İstintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...