Taksi sürücüsü yükə görə sərnişinlərlə mübahisə etdi; kim haqlıdır? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı qəsəbələrinin birində çəkilmiş görüntülərdə sürücü və sərnişinlər arasında olan mübahisə qeydə alınıb.
BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, Qazax rayonundan Bakıya gələn ana və qızı avtomobilin yük yerinə xeyli yük yığıb. Sürücü isə mənzil başına çatanda danışılan puldan daha artıq ödəniş tələb edib. Nəticədə ana və qızı sürücüyə öz etirazlarını bildiriblər və artıq pul istədiyinə görə onu ittiham ediblər.
Ardınca sürücü baqajın vəziyyətini əks etdirib. Məlum olub ki, daşınan yük kənd təsərrüfatı məhsulları olub: ayran, un, pendir və digər ərzaq malları baqaja dağılıb.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...