Taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxdı - Sürücülük hüququ yox imiş...
Yeniliklərdən dərhal xəbərdar olun
Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.
Məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsü Ağaseyid Ağayev BDYPİ-nin YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı taksi fəaliyyəti ilə məşğul olduğunu bildirən sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.
Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan A.Ağayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu...