Tağıyev qəsəbəsinə gedən yolda sürücülər üçün ciddi TƏHLÜKƏ - Bu yolda maşınların təkəri sıradan çıxır
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərindən Tağıyev qəsəbəsi istiqamətində uzanan yolda ciddi problem yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yolun bir hissəsində əmələ gəlmiş iri çala sürücülər üçün real təhlükəyə çevrilib.
Sakinlərin və sürücülərin sözlərinə görə, çalanın dərinliyi kifayət qədər böyükdür və onu vaxtında görmək hər zaman mümkün olmur. Nəticədə bu hissədən keçən avtomobillərin təkərləri zədələnir, bəzi hallarda isə tam yararsız vəziyyətə düşür.
"Çəkdiyim kadrlardan da bilinir ki, həmin çalaya düşən maşınların sürücüləri avtomobili yol kənarında saxlayaraq təkər dəyişirlər", - deyə şikayətçi vurğulayıb.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...