İt azərbaycanlının çantasından 1 milyon tapdı

İt azərbaycanlının çantasından 1 milyon tapdı
Hadisə 1989

Rusiyanın Yekaterinburq şəhərinin hava limanında azərbaycanlı sərnişin saxlanılıb.

BAKU.WS-in məlumatına görə, "Koltsovo” aeroportunda saxlanılan Azərbaycan vətəndaşı Bakıya gəlməyə hazırlaşırdı.

Lakin gömrük işçiləri ondan şübhələnib və yoxlama aparmağa başlayıb.

Azərbaycanlının üstündə bəyan edilməmiş 1 milyon rubl ( təxminən 30 min manat) aşkarlanıb. Pulu isə Miki adlı it tapıb.

Azərbaycan vətəndaşı 400 rubl dəyərində cərimələnib.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər