Şüvəlanda dostunun atasını öldürmək istəyən şəxsə hökm oxunub

Şüvəlanda dostunun atasını öldürmək istəyən şəxsə hökm oxunub
Hadisə 62

Bakıda dostunun atasını öldürməyə cəhd etməkdə ittiham olunan Zahid Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Z.Bayramovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zahid Bayramov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu, dostunun atası İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb. Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Onu xilas etmək mümkün olub.

Zahid Bayramov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər