Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı
Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 21 sentyabr 2024-cü il tarixində Şuşa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Onlar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılardan 4-ü kişi, 1-i qadındır.
TƏBİB-in məlumatına əsasən, xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər 4 nəfərin vəziyyəti isə orta-ağırdır. Hazırda xəstələrə lazımi tibbi xidmətlər göstərilir və həkimlər onların vəziyyətini nəzarətdə saxlayır.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Oxşar xəbərlər
Gəncədə təcili yardım maşını piyadanı vuraraq ÖLDÜRDÜ
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhərin İsmət Qayıbov küçəsində "Mersedes-Ben...