Sürücünün ehtiyatsızlığı ölümə nəticələnib

Sürücünün ehtiyatsızlığı ölümə nəticələnib
Hadisə 117

Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib. Bədbəxt hadisə bu gün günorta saatlarında baş verib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Belə ki, yük avtomobili arxa istiqamətdə hərəkət edən zaman rayonun Piran kənd sakini 1959-cu il təvəllüdlü Əliməmməd Ayaz oğlu Məmmədova toxunaraq onu yerə yıxıb və piyada yük avtomobilinin təkəri altına düşüb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər