Sürücünü bıçaqlayaraq min manat pulunu götürdülər
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərinə yaxın olan ərazidə baş verib. 1981-ci il təvəllüdlü Ramin Mansurov bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, R.Mansurov özünəməxsus avtomobil ilə Bakıdan Gəncəyə gələrkən Dəlməmmədlidə maşınındakı texniki problem səbəbində yol kənarında dayanıb.
Bu zaman bir neçə nəfər şəxs Ramin Mansurovu bıçaqlayıb və üzərində olan 1000 manat pulu götürərək ərazidən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...