Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
Hadisə 111

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:

Bakı-Sumqayıt şosesi - Xırdalan dairəsi istiqamətindən “Avtovağzal” metrostansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə;

Ziya Bünyadov prospekti-əsas yol - Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Daxili İşlər Nazirliyinin Hospitalının qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə (yol-nəqliyyat vasitələrinin çoxluğu səbəbindən);

Binəqədi şosesi - əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində (sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur);

Tbilisi prospekti-əsas yol - 20 Yanvar dairəsindən başlayaraq əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində;

Heydər Əliyev prospekti-əsas yol - Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində.

Oxşar xəbərlər

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

Səhər saatlarından Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində tıxac müşahidə edilir. Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) mə...

234 Hadisə 09:25 27 iyul 2021

Son xəbərlər