Sürücülər arasında qalmaqal: “Allah haqqı, tormoz verməsəm vururdum..” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Eyni qayda pozuntusunu bir neçə dəfə təkrarladı, etdiyi əmələ haqq qazandırdı.
BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən hadisə Mikayıl Əliyev küçəsində qeydə alınıb.
Avtomobilin videoregistratoruna düşən görüntülərdən bəlli olduğu kimi sol zolaqda hərəkət edən “Toyota Prado” markalı, 90-OM-202 dövlət nömrə nişanlı avtomobil xəbərdarlıq işığı yandırmadan sağ istiqamətə keçib. İlk addımında törətdiyi qayda pozuntusuna cəsarət etməyən “Toyota” ikinci cəhdində sağ zolağa daxil olmağı bacarıb.
Belə ki, sağa dönmə işığını yandırmadan manevr etmə qaydasını pozan sürücü qəza şəraitinin eşiyindən dönüb. Nəticədə zolağına girdiyi avtomobil qəfil tormoz verib və yarana biləcək təhlükəli vəziyyətin qarşısını alıb.
Daha sonra yan-yana dayanan sürücülər arasında söz savaşı başlayıb.
Sürücü “Toyota”nın qayda pozuntusuna baş vurduğunu və tormoz verməsəydi avtomobilini vuracağını bildirsə də, o, etdiyi əmələ haqq qazandırıb.
Cavabında ara məsafəsinin çox olduğunu və boş yolda dönmə işığını yandırmağın vacib əhəmiyyət daşımadığını qeyd edən səbəbkar sürücünü daha da qəzəbləndirib.
Bir müddətdən sonra yenidən sürücünün zolağına girən “Toyota” yenə də eyni qayda pozuntusuna əl atıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...