Sürücü sükan arxasında öldü - Mikroavtobus qəzaya uğradı
13
fev
2026
09:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.
Belə ki, sərnişin daşıyan "Ford" markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.
İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürəktutmadan vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...