Sürücü ilə yol polisi arasında gərgin anlar - VİDEO

Sürücü ilə yol polisi arasında gərgin anlar - VİDEO
Video
Hadisə 618

Sürücü ilə yol polisi arasında insident baş verib və həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

BAKU.WS xəbər verir ki, yayılan videodan da göründüyü kimi yol polisi sürücünü saxlamağa çalışır. Lakin sürücü israrla polisin əmrinə tabe olmur. Nəticədə avtomobili polisin üzərinə sürür.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, həmin avtomobil müəyyən olunaraq saxlanılıb.

“Sürücü barəsində cinayət işi başlanılmaqla, məhkəmənin qərarı ilə həbs olunub. Hazırda istintaq hərəkətləri davam etdirilir”, - deyə Elşad Hacıyev bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər