Suraxanıda su borusu partladı, dəmir yolu xətti su altında qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Qeyd olunan məsələ ilə bağlı məlumat müvafiq rayon sukanal idarəsinə verilib.
Bu barədə BAKU.WS-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Qeyd edilib ki, briqada əraziyə cəlb edilərək, su axıntısının qarşısı alınacaq və boru bərpa ediləcək.
***17:43
Suraxanı rayonu, BülBülə qəsəbəsində su borusunun partlaması nəticəsində ciddi problemlər yaranıb.
BAKU.WS-in qaynar xəttinə daxil olan şikayətdə bildirilib ki, hadisə Səttar Bəhlulzadə küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsində qeydə alınıb. Sakinlərin sözlərinə görə, artıq neçə gündür məsələ ilə bağlı su təchizatı idarəsinə dəfələrlə müraciət olunsa da, problem hələ də həll edilməyib.
Nəticədə yol infrastrukturu sıradan çıxıb, qatar xətti isə su altında qalıb. Sakinlər narahatlıq bildirərək qeyd edirlər ki, vəziyyət nəzarətə götürülməsə, hər an qəza və ya fəlakət baş verə bilər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...