Suraxanı rayonunda evlərdən 29 min manatlıq oğurluq edən şəxs saxlanılıb
29
iyl
2026
14:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonu ərazisində yerləşən 10 evdən müxtəlif vaxtlarda ümumilikdə 29 min 530 manat dəyərində pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.
BAKU.WS xəbər verir ki, rayon polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Tural Əmişov saxlanılıb.
Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...