Sumqayıtda mərmini laqunda ilə kəsən şəxs partlayış nəticəsində ölüb
Sumqayıtda həyətində tapdığı mərmini laqunda ilə kəsən şəxs partlayış nəticəsində ölüb.
"Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Nazirlikdən bildirilib ki, hadisə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində baş verib.
Belə ki, avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib. Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb.
Həyətdə olan "Tavriya” markalı avtomobil isə yanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda dəhşətli hadisə - içərisində sürücü olan "Zaparojets" partladı
Sumqayıt şəhərində vətəndaşa məxsus evin həyətində yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nə...