Sumqayıtda gəlin 3 uşağını atıb evdən qaçdı - FOTO
Sumqayıtda qəribə hadisə baş verib. Belə ki, 11-ci mikrorayon ev 34, mənzil 68-də yaşayan 1982-ci il təvəllüdlü Əliyeva Bülbül həyat yoldaşını və 3 övladını qoyaraq evi tərk edib.
BAKU.WS xəbər verir ki, bu barədə xeberle.com-a qadının həyat yoldaşı Bəhruz Əliyev məlumat verib. O bildirib ki, hadisə iyun ayının 7-də baş verib. Həyat yoldaşı Bülbül evdən həkimə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb: "Həmin gün mənə zəng vurdu ki, həkimə gedir və müayinədən sonra evə qayıdacaq. Sonra zəng vurdum telefonu sönülü idi. Evdə sənədlərə baxdım, gördüm ki, şəxsiyyət vəsiqəsi evdədir, amma xarici pasportunu götürüb gedib. Bizim rəsmi nikahımız var və bu evliliyimizdən 3 övladımız var. Artıq 15 ildir ailə həyatı qurmuşuq və aramızda indiyədək heç bir ciddi ailə münaqişəsi baş verməyib".
B. Əliyev həyat yoldaşı ilə həmin müddətdən sonra heç bir əlaqə yarada bilmədiklərini bildirib. O deyir ki, Bülbülün yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib. Aidiyyəti qurumlardan isə ona araşdırma aparıldığı deyilib.
Onun sözlərinə görə, həyat yoldaşının evdən qaçması ilk belə hal deyil: "Ötən ildə belə bir hal baş vermişdi. Onun WhatsApp-la Türkiyənin İstanbul şəhərindən kiminləsə yazışmasını tutmuşdum. O vaxt evdən qaçaraq İstanbula getmişdi. Yerini müəyyən edərək onu evə gətirə bildik. Etdiyi hərəkətdən peşman olduğunu, bir daha belə halların təkrarlanmayacağın dedi. Amma indi yenidən yoxa çıxıb. Bilmirəm 3 uşaqla nə edim. Valideynlərinə də həyat yoldaşımın evi tərk etməsi ilə bağlı məlumat vermişəm. Deyirlər ki, mənim evimdən çıxıb gedib və ona görə Bülbülü hardan olsa, tapıb evə gətirməliyəm. İndi qalmışam çarəsiz. Xahiş edirəm aidiyyəti qurumlar mənə yardım etsinlər."
Bəhruz həyat yoldaşının yenidən Tükiyəyə qaçdığını ehtimal edir. Deyir ki, tanışları vasitəsi ilə araşdırma aparıb və müəyyən edib ki, həyat yoldaşı həmin gün Bakı vaxtilə saat 14:38-də Azərbaycanı tərk edib və hazırda Ankaradadır. O, hətta Azərbaycanın Türkiyədəki səfirliyinə də müraciət edib: Mənə oradan bildirdilər ki, həyat yoldaşımın 18 yaşı keçdiyinə görə sərbəst insandır və istədiyi yerə getmək onun hüququdur. Ona görə də indi bilmirəm nə edim."
Uzun illərdir bərbər işləyən Bəhruz ailəsinə heç vaxt korluq vermədiyini bildirib. O, ümid edir ki, aidiyyəti qurumların köməyi ilə həyat yoldaşını tapıb evə gətirə biləcək: "Məni düşünmədi, bə uşaqları necə? Ondan xahiş edirəm hara gedibsə evinə qayıtsın."
B. Əliyev həyat yoldaşının fotosunu da saytımıza təqdim edib.
Qeyd edək ki, hazırda bu kimi halların sayı artmaqdadır. Qadının evdən qaçması Azərbaycanda ilk belə hal deyil. Bu isə artıq həyəcan təbilinin çalınmağının vaxtının yetişdiyini deyir.
BAKU.WS
Oxşar xəbərlər
28 yaşlı gəlin evdən qaçdı - VİDEO
3 uşaq anası evini tərk edib. Gəlinin 9 gündür hara getdiyi bilinmir.. Qadının həyat yoldaşının ona biganə münasibətinə görə bu addımı atdığı iddia olunur. BAK...