Sumqayıtda ağır qəza - ölən var (VİDEO)

Sumqayıtda ağır qəza - ölən var (VİDEO)
Video
Hadisə 1447

Bu gün axşam saat 20:00 radələrində Bakı-Quba yolunun 44 kilometrliyində, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, naməlum avtomaşınla piyada vurulub və o aldığı xəsarətdən yerindəcə keçinib.

Hadisə yerində işləyən Baş Dövlət Yol Polisi Idairəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı Fəyyar İlyasov hazırda piyadanın ölümünə səbəb olan avtomobilin sürücüsünün tutulub istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirlərinin davam etdirildiyini qeyd edib.

Həmçinin dünyasını dəyişmiş piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Son xəbərlər