Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil olub

Sumqayıtdakı yanğınla bağlı xəstəxanaya 9 nəfər daxil olub
Hadisə 80

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb. 7 nəfərə ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün buraxılıb.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır.Həyatları üçün heç bir təhlükə yoxdur. Yanğın hadisəsinin ilk başvermə anından Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər